Fevralın 2-də ?Eurovision-2009?-un qalibi Aleksandr Rıbak Azərbaycana gəlir. O, ?Eurovision-2010?-da Azərbaycanı təmsil edəcək müğənninin seçilməsi üzrə yarımfinala qonaq kimi dəvət olunub. Qonaqlar sırasında ?Eurovision-2004?-ün qalibi ukraynalı Ruslana da olacaq. Xəbəri müsabiqənin Azərbaycan üzrə təşkilatçısı İTV yayıb. İndiyə qədər ki seçim turlarına 30 nəfər qatılıb. Onların 6-sı yarımfinala çıxıb. Azərbaycan ?Eurovision-2008?-də 8-ci, ?Eurovision-2009?-da 3-cü yeri tutub.