Hafiz Hacıyev: ?BQP-də Fazil Qəzənfəroğludan bazqa Adam var ki, seçkidə ikinci yeri tutur?
Bələdiyyə seçkiləri başa çatsa da, narazılıqlar davam edir. Müasir Müsavat Partiyası da (MMP) seçkinin saxtalaşdırıldığını bəyan edir.
Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən MMP sədri Hafiz Hacıyev seçkinin total şəkildə saxtalaşdırıldığını deyib: ?Bizim çoxsaylı namizədlərimiz var idi, amma onlardan cəmi 27 nəfərini qeydə aldılar. Onlar kifayət qədər nüfuzlu adamlar olsalar da, saxtakarlığın qarşısında duruş gətirə bilmədilər. Hamı yaxşı bilir ki, bəzi icra başçıları özlərinə yaxın qadınları, bəzi məmurların övladlarını və qardaşlarını saxta yolla bələdiyyə seçdirdilər. Amma biz buna görə ruhdan düşmürük və qarşıdan gələn parlament seçkilərinə ciddi şəkildə hazırlaşırıq?.
H.Hacıyev nəticələrə görə, YAP-dan sonra ikinci yerə çıxan Böyük Quruluş Partiyası ilə bağlı da fikirini bildirib: ?Düzü mən, BQP-də Fazil Qəzənfəroğludan başqa adam tanımıram. Orda Fazil Qəzənfəroğludan başqa adam var ki, seçkidə ikinci yeri tutur. Onun partiyasından kim seçilibsə, Allah xeyir versin. Fazil bəy məndən inciməsin, axı qərargahında onun özündən başqa ikinci bir adam yoxdur. Qoy, həmişə YAP-la paralel getsinlər və nailiyyətləri bir olsun. Onsuz da xalq kimin kim olduğunu yaxşı bilir?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51