Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. BAXCP mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, iclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. BAXCP İdarə Heyətinin üzvləri ilk növbədə 2009-cu ilin yekunları barədə fikir mübadiləsi aparıblar. İdarə Heyətinin müzakirəsinə çıxarılan əsas məsələ isə bu il keçiriləcək parlament seçkilərində partiyanın iştirakı ilə bağlı olub. Aparılan müzakirələr nəticəsində partiyanın 2010-cu ildə keçiriləcək parlament seçkilərində iştirakı məqsədəuyğun hesab edilib və partiyanın müvafiq strukturlarına namizədlərin müəyyənləşdirilməsi ilə bağlı tapşırıqlar verilib.