Abdulla Gül: "Ermənistanla imzalanan protokollardan sonra "səssiz bir siyasət" yürüdülüb"
Türkiyə prezidenti Abdulla Gül "CNN Türk" telekanalına müsahibə verib. Türkiyə- Ermənistan münasibətlərinin normallaşmasına toxunan Gül bildirib ki, məsələnin Türkiyənin Avropa İttifaqına qəbulu ilə bağlı heç bir əlaqəsi yoxdur. O həmçinin qeyd edib ki, Avropa İttifaqına üzvlük məsələsi olmasa da, bu, Türkiyənin həll etmək istədiyi problemlərdən biridir.
Türkiyə prezidenti bildirib ki, Ermənistanla imzalanan protokollardan sonra "səssiz bir siyasət" yürüdülüb. "Biz dondurulmuş problemləri ortaya çıxarırıq və onları həll etməyə çalışırıq. Rusiya başda olmaqla bir sıra ölkələr bu problemin həlli ilə bağlı nəsə etməyə çalışır", - deyə o vurğulayıb.
Gül həmçinin Cənubi Qafqazda gedən proseslərə toxunub. O qeyd edib ki, Qafqazdakı sülh və sabitlik böyük əhəmiyyətə malikdir. "Qafqaz Qərblə Şərq arasında maneə olmamalıdır. Bölgədəki dondurulmuş münaqişələr isə həll edilmədilir", - deyə o vurğulayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50