Bu gündən etibarən ATƏT-də sədrlik Yunanıstandan Qazaxıstana keçib. ATƏT-in rəsmi saytında bildirilir ki, Qazaxıstan ATƏT-də sədrlik edəcək ilk Mərkəzi Asiya, həmçinin ilk postsovet ölkəsidir. Qazaxıstanın xarici işlər naziri, dövlət katibi Kanat Saudabayev ölkəsinin ?Vankuverdən Uzaq Şərqə qədər? təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsi işinə bütün gücünü sərf edəcəyini vəd edib. Yanvarın 14-də isə Vyanada ATƏT-in Daimi Şurasının iclası keçiriləcəkdir.