Tamerlan Qarayev ?Global diplomacy management award? fəxri diplomuna layiq görülüb
Dekabrın 30-da Nyu-Dehlidə ?World Management Congress?-i keçirilib.
Tədbirdə diplomatiya sahəsində xüsusi fəaliyyətinə görə, Azərbaycanın Hindistandakı səfiri Tamerlan Qarayev BMT-nin, ECOSOC-nun, UNDPİ-nin, UNCED-in, YUNESKO-nun, YUNİSEF-in nəzdindəki Dünyada Sülhün Bərqərarı naminə Maarifləndirmə işləri ilə məşğul olanların Beynəlxalq Assosiasiyasının, Hindistan Universitetlərinin Konfederasiyasının və Naqalandın Açıq Universitetinin birgə təsis etdiyi ?Global Diplomacy Management Award? Fəxri diplomu ilə təltif olunub.
Təltifə görə təşəkkürünü bildirən səfir T.Qarayev Azərbaycan Respublikasının 90 illik diplomatiya tarixi və nailiyyətləri barədə konqres iştirakçılarına məlumat verib.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində görülən işlər diplomatın nitqində xüsusi vurğulayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51