DAK və VHP Həmrəylik Gününü qeyd etdi
Bu gün Dünya Azərbaycanlıları Konqresi (DAK) və Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) birgə təşkilatçılığı ilə 31 dekabr ? Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib.
Bakıdakı restoranlardan birində baş tutan mərasimdə VHP sədri, DAK-ın həmsədri, millət vəkili Sabir Rüstəmxanlı çıxış edib. O, Həmrəylik Gününün tarixi barədə xatırlatma verərək, bu günün əhəmiyyətindən danışıb.
KİV nümayəndələrinin də qatıldığı tədbirdə S.Rüstəmxanlı onlarla əməkdaşlıq etdiklərinə görə, Lent.az, qaynar.info saytlarına, APA və SİA informasiya agentliklərinə, ?Yeni Müsavat?, ?Türküstan? və s. qəzetlərin əməkdaşlarına təşəkkürünü bildirib.
Tədbirdə tanınmış müğənni Şəmistan Əlizamanlı öz repertuarından mahnılar oxuyub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51