MSK bələdiyyə seçkiləri ilə əlaqədar daxil olan müraciətlərə baxıb
Dekabrın 30 -da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Müstəqil İnformasiya Agentliyin xəbərinə görə, iclasda 2009-cu il dekabrın 23-də keçirilimiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb.
Müraciətlərdən ikisi əsassız olduğundan təmin edilməmiş, digərlərinin isə araşdırılması üçün aidiyyəti üzrə müvafiq dairə seçki komissiyalarına göndərilməsi barədə qərar qəbul olunub.
MSK-nın iclasında cari məsələlərə də baxılıb. İclasda ATƏT-ni Bakı ofisinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ), Milli Demokratiya İnstitutunun (ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51