Milli Məclisin payız sessiyasının sonuncu iclası bazlayıb
Milli Məclisin (MM) payız sessiyasının sonuncu iclası başlayıb. İclasda ?Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında? Əsasnamə layihəsi müzakirə olunub.
Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, MM-in Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə layihə barədə məlumat verərkən bildirib ki, bu sənəd bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamə verilməsi qaydalarını müəyyənləşdirir. Komitə sədri deyib ki, sənədə əsasən Azərbaycandakı bütün bələdiyyələr dövlət reyestrinə daxil olmalı, onlara şəhadətnamə verilməlidir. Bu iş isə MM-in müvafiq strukturu tərəfindən aparılmalıdır. Komissiya sədri deyib ki, şəhadətnamədə bələdiyyələr haqqında bütün məlumatlar öz əksini tapacaq.
Müzakirələrdən sonra MM əsasnamə layihəsini təsdiq edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51