Böyük Quruluş Partiyası (BQP) dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı açıqlama yayıb. BQP mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumatda qeyd olunur ki, seçkidə partiyanın 385 nəfər namizədi qeydə alınıb, ancaq onlardan bir qismi müsbət nəticə əldə edib: ?Səsvermə yekunlaşandan sonra MSK-nın açıqladığı ilkin rəsmi məlumatlara görə, Böyük Quruluş Partiyasından 120 bələdiyyə üzrə 121 nəfər bələdiyyə üzvü seçilib. Bu, hakim Yeni Azərbaycan Partiyasından sonra ikinci nəticədir?. Müşahidəçilərinin rəyinə əsaslanan partiya hesab edir ki, bəzi məntəqələrdə kiçik prosedur pozuntuları olsa da, ümumilikdə seçkilər normal və qanunauyğun keçirilib.