Gələn il həyata keçiriləcək layihələrdən biri də fondun büdcəsində bir aylıq pensiya təminatı məbləği qədər ehtiyatın yaradılmasıdır. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov jurnalistlərə müsahibəsində bildirib ki, məqsəd ekstremal vəziyyətdə pensiyaların gecikdirilməsinə yol verməməkdir. Onun sözlətrinə görə, yeni pensiya sistemində vətəndaşlar azı təxminən 95 manat pensiya alacaqlar: ?Bu məbləğin yuxarı həddi isə dövlətə ödənilən sosial sığorta haqqından asılı olacaq?.