Gələn ildən mənzillərdə qaz sayğacları dövlət hesabına qurazdırılacaq
Gələn ilin yanvar ayının 1-dən etibarən saatlıq qaz sərfi 6 kubmetrə qədər olan əhali abonentlərinin mənzillərində qaz sayğaclarının quraşdırılması və dəyişdirilməsi prosesi başlayacaq. Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu, ARDNŞ-nin ?Azəriqaz? İstehsalat Birliyinin (İB) vəsaiti hesabına həyata keçiriləcək.
Qeyd edək ki, sayğacların dəyişdirilməsi ?Qaz təchizatı haqqında? qanunun tələblərinə uyğun olaraq həyata keçirilir.
Bundan başqa, yeni istehlakçılar üçün mənzillərdə quraşdırılacaq qaz sayğacları ?Azəriqaz? İB tərəfindən təmin ediləcək. Lakin yeni istehlakçılar üçün quraşdırma xərcləri onların öz vəsaiti hesabına ödəniləcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19