Məmmədyarov və Davudoğlu Heydər Əliyevin abidəsini ziyarət ediblər
Türkiyədə səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu gün Ankarada Heydər Əliyev Parkını ziyarət edib. Türkiyə mətbuatının məlumatına görə, E. Məmmədyarovu Heydər Əliyev Parkının girişində Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu qarşılayıb. Hər iki nazir daha sonra birlikdə mərhum prezident Heydər Əliyevin abidəsinin yerləşdiyi yerə gedib. Burada Məmmədyarov və Davudoğlu əllərindəki gülləri abidənin önünə qoyublar.
Daha sonra iki nazir Davudoğlunun xidməti avtomobilinə minərək, Türkiyə Xarici İşlər Nazirliyinə yollanıblar. Nazirlikdə baş tutacaq görüşdən əvvəl Davudoğlu və Məmmədyarov mətbuata şəkil çəkməyə icazə veriblər.
Bu gün Türkiyə və Azərbaycan arasında viza rejiminin ləğvi ilə bağlı protokol imzalanacaq. Məmmədyarovun Türkiyə prezidenti Abdullah Güllə də görüşü gözlənilir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50