Milli Məclisin bu günkü iclasında deputat Cəmil Həsənli Azərbaycanın PKK-nı terror təşkilatı kimi tanıması təklifi ilə çıxış edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, C.Həsənli PKK-nın erməni terrorçuları ilə əlbir işlədiyini bildirib. Bu səbəbdən də deputat məsələyə münasibət bildirməyin vacib olduğ unu vurğulayıb: ? Belə getsə, Azərbaycan Milli Məclisi bu məsələyə münasibətdə dünyada sonuncu parlamentlərdən biri olacaq?. Spikeri Oqtay Əsədov isə Cəmil Həsənlinin təklifinə cavab olaraq, ?PKK-nı terrorçu təşkilat kimi əvvəlcə Türkiyə parlamenti tanısın, sonra biz də tanıyarıq?- deyib .