Bu gün Milli Məclisin növbəti iclası keçiriləcək. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, iclasda 7 məsələ və ?Bələdiyyələrin dövlət reysestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi haqqında əsasnamə? layihəsi, ?Bank olmayan kredit təşkilatları haqqında? qanun layihəsi (üçüncu oxunuş), ?Pambıqçılıq haqqında? qanun layihələri müzakirəyə çıxarılacaq. İclasda İnsanın İmmun Çatışmazlığı Virusunun (AİDS) törətdiyi xəstəliklərin yayılmasının qarşısının alınması ilə bağlı müvafiq qanun layihəsi də müzakirə ediləcək. Həmçinin, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Milli Məclisin müraciətinin təsdiqlənməsi gözlənilir. Məlumat üçün onu da bildirək ki, Milli Məclisin bu ilin son iclası dekabrın 29-da keçiriləcək.