?Bələdiyyə seçkilərində baz verən saxtakarlıqlar demokratikləzmə prosesinə ağır bir zərbə oldu?
Ümid Partiyası dünən ölkədə keçirilən bələdiyyə seçkilərilə bağlı bəyanat verib. 2009-cu il 23 dekabr tarixində keçirilmiş seçkilərin beynəlxalq standartlara cavab vermədiyi və Azərbaycan seçicisinin iradəsini əks etdirmədiyi xüsusi olaraq vurğulanan bəyanatda bildirilir:
?Bu seçkilərdə Azərbaycan Seçki Məcəlləsinin tələbləri kobud şəkildə pozulduğundan və saxtakarlıq şəraitində keçdiyindən bir daha bəyan edirik ki, hakimiyyət Azərbaycanın demokratikləşməsi prosesini daha bir addım geriyə salmış oldu.
Ümid Partiyası seçkilər zamanı bir sıra bəyanatlar versə də, qanun pozuntuları ilə bağlı müxtəlif instansiyalara müraciət etsə də, təəssüflər olsun ki, qanunu qorumalı olan dövlət qurumları Ümid Partiyasının haqlı şikayətlərinə qeyri-qanuni qərarları ilə reaksiya veriblər.
Seçki günü baş verən qanun pozuntuları ilə bağlı Ümid Partiyasının informasiya mərkəzi tərəfindən mütəmadi olaraq məlumatlar çatdırılıb. Lakin buna baxmayaraq birbaşa olaraq seçki saxtakarlıqlarının icrası kimi çıxış edən dairə və məntəqə seçki komissiyalarının nümayəndələri öz əməllərini sona qədər davam etdirərək bütün ölkə miqyasında reallığı əks etdirməyən bir nəticəni ortaya çıxarıblar.
Ümid Partiyası olaraq təəssüflə qeyd edirik ki, demokratikləşmə prosesində daha bir fürsət əldən verildi. Hakimiyyət Azərbaycan seçicisinin seçkilər yolu ilə idarəetmədə iştirak etmək ümidlərini bir daha zəiflətdi?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51