Azərbaycan Demokrat Partiyasının (ADP) heç bir namizədi bələdiyyə üzvü seçilə bilməyib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açiqlama verən ADP sədri Sərdar Cəlaloğlu deyib ki, partiyanın 100-dən artıq namizədindən heç biri bələdiyyə üzvü seçilməyib. ADP sədri 23 dekabrda keçirilən prosesin seçki olmadığını vurğulayıb. Onun sözlərinə görə, hakimiyyət növbəti dəfə saxtakarlıq etdi. S.Cəlaloğlu Azərbaycanda siyasi sistemin iflic olduğunu vurğulayaraq, 23 dekabr seçkilərinin həddini aşmış dərəcədə saxtalaşdırıldığını bildirib.