BAXCP bələdiyyə seçkilərinin normal keçdiyini bəyan edib
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Seçki Qərargahı bələdiyyə seçkilərinin nəticələri ilə bağlı ilkin məlumat yayıb. Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, partiyanın rayon təşkilatlarının və müşahidəçilərin məlumatlarına istinad edən BAXCP Seçki Qərargahı seçkilərin ümumən normal keçirildiyini bildirib.
Partiyanın yekun bəyanatı isə seçkilərin rəsmi nəticələri elan olunduqdan sonra açıqlanacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51