Prezident ilham Əliyev 2010-cü ilin dövlət büdcəsini təsdiqləyib
Prezidenti İlham Əliyev ?Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında? qanunun tətbiq edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, ?Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında? qanunda nəzərdə tutulan gəlirlərin dövlət büdcəsinə daxil olmasını təmin etmək üçün dövlət orqanları və müəssisələri üzrə tapşırıqların minimum həddi aşağıdakı kimi müəyyən edilib:
Vergilər Nazirliyi üzrə - 3 980,0
Neft-qaz sahəsində hasilatın pay bölgüsü sazişləri üzrə podratçı tərəflərin mənfəət vergisi üzrə - 330,0
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xətti ilə konsolidə edilmiş vergilər üzrə - 1 200,0
Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (saziş) qiyməti (makroiqtisadi göstəricilərin hesablanması üçün nəzərdə tutulan qiymət) ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasında fərqdən yığımlar üzrə - 157,0
Qeyri-neft sahələrindən vergi və vergi olmayan daxilolmalar üzrə - 2 450,0
Gömrük Komitəsi üzrə - 1 100,0
Qeyd edək ki, ?Azərbaycan Respublikasının 2010-cu ildə dövlət büdcəsi haqqında? qanuna əsasən, dövlət büdcəsinin gəlirləri 10 015 mln. manat, xərcləri isə 11 264 mln. manat, büdcə kəsiri isə 1 249 mln. manat həcmində nəzərdə tutulub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19