Bələdiyyə seçkiləri ilə bağlı ?exit-poll?un ilk nəticələri açıqlanıb
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və "ELS" Müstəqil Araşdırmalar Mərkəzi bələdiyyə seçkilərində birgə keçirdiyi ?exit-poll?un saat 11:00-a olan nəticələrini elan edib.
?ELS? Müstəqil Araşdırmalar Mərkəzinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, seçici fəallığı Nərimanov bələdiyyəsində 6,81%, Nəsimi bələdiyyəsində - 6,12%, Səbail bələdiyyəsində 4,82%, Xətai bələdiyyəsi - 5, 93%, Gəncə-Nizami bələdiyyəsi 4, 91%, Xırdalan bələdiyyəsi - 3,78%, Şirvan bələdiyyəsi - 7,71% və Xaçmaz bələdiyyəsində - 4,78% olub.
AVCİYA-dan isə bildirilib ki, 49 dairə üzrə seçici fəallığı ilə bağlı keçirdiyi monitorinqin saat 11:00 olan nəticələrinə görə, ən aşağı seçici fəallığı 31 saylı Suraxanı II Seçki Dairəsində (6,1 faiz) ən yüksək seçici fəallığı isə 19 saylı Nərimanov I Seçki Dairəsində (14,01) qeydə alınıb.
Qeyd edək ki, AVCİYA və ?Els? Müstəqil Araşdırmalar Mərkəzi birgə seçki tədqiqatları 49 dairədə 1600 məntəqəni əhatə etməklə həyata keçirilir. ?Exit-poll? tədqiqatı isə 8 bələdiyyə ərazisini əhatə edən 17 dairənin 222 məntəqəsini əhatə edir. ?Exit-poll? keçirilən bələdiyyələr sırasına Bakı ilə yanaşı, Gəncə, Xaçmaz və Şirvan şəhərlərində fəaliyyət göstərən yerli orqanlar daxildir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51