?Bu il mənim üçün demək olar ki, düşərli oldu. Yeni 12 mahnıdan ibarət olan diskim işıq üzü gördü. Diskin bütün mahnılarının sözləri Tağı Sadiqə, musiqiləri isə Zamiq Əliyevə məxsusdur?. Müstəqil İnformasiya Agentliyinə açıqlama venən xalq artisti Mələkxanım Əyyubova deyib ki, həmin buraxılan diskin içində olan 3 mahnıya artıq klip də çəkilib. M.Əyyubova bildirib ki, konsert vermək çox istəyirəm: ?Amma konsert keçirən zaman təşkilatı problemlərlə üzləşdiyim üçün konsert keçirmək bir az müşkül məsələyə çevrilir. Konsert keçirməyi hər bir müğənni arzulayır. Əgər keçirsəm, düşünürəm ki, ya Filarmoniyada, ya da Opera və Balet teatrında olsun. Yəqin ki, bunu zaman göstərər?.