Şirməmməd Hüseynli Müsavat Partiyasının Fəxri üzvü elan edilib
Müsavat Partiyasının Qərargahında görkəmli alim, Müsavat irsinin tədqiqatçısı, professor Şirməmməd Hüseynlinin 85 illik yubileyi münasibəti ilə təntənəli toplantı keçirilib. Toplantını giriş sözü ilə açan partiyanın başqanı İsa Qəmbər alimin şərəfli həyat yolundan danışıb və ona partiya adından plaket təqdim edib. Şirməmməd Hüseynli bundan sonra da tarixi şəxsiyyətlərimizin fəaliyyətinin hələ də ictimaiyyətə məlum olmayan əsərləri ilə bağlı tədqiqatlarını davam etdirəcəyini bildirib.
Görüşdə çıxış edən digər şəxslər professor Şirməmməd Hüseynliyə can sağlığı, yeni yaradıcılıq uğurları arzulayıblar.
Görüşün sonunda Müsavat Divanının yekdil qərarı ilə professor Şirməmməd Hüseynli Müsavat Partiyasının Fəxri üzvü elan edilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51