Dekabrın 23-də ölkədə keçiriləcək bələdiyyə seçkilərində müşahidə və exit-poll layihəsini həyata keçirən "ELS" Müstəqil Araşdırmalar Mərkəzi (MAM) və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasıyasının (AVCİYA) seçki prosesində birgə apardığı tədqiqatların ilkin nəticələrini elan edəcək. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, nəticələrin elan edilməsinə həsr olunmuş mətbuat konfransı ?TREND? Xəbərlər Şirkətinin Mətbuat mərkəzində dekabrın 24-də saat 12-00 baş tutacaq. Tədbirə KİV, QHT və Beynəlxalq təşkilatların Bakı nümayəndəliklərinin təmsilçiləri dəvətlidirlər.