Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Rusiyanın ?Vesti? televiziya kanalına müsahibə verib. Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlər, ölkəmizin 2009-cu ildə əldə etdiyi iqtisadi uğurlar, Azərbaycanın energetika sahəsində gördüyü işlər və perspektivlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlərlə bağlı suallara cavab verib. Həmçinin bu gün prezident İlham Əliyev Gürcüstan Prezidenti Mixeil Saakaşviliyə zəng edib. Prezident İlham Əliyev Mixeil Saakaşvilini doğum günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb. Mixeil Saakaşvili göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.