Avropa Şurasının müzahidə missiyası Azərbaycanda səfərdədir
Dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkisini müşahidə edəcək Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyəti Bakıda səfərdədir. Avropa Şurasının müşahidə missiyası görüşlər keçirəcək, bələdiyyə seçkisinə hazırlığın vəziyyəti ilə yaxından tanış olacaq.
Nümayəndə heyətinin üzvləri seçki keçirilən gün müxtəlif rayonlarda onun gedişini müşahidə edəcək və seçkilərdən sonra mətbuat konfransı keçirəcəklər.
Türkiyədən olan deputat Qaya Doğanoğlunun başçılıq etdiyi Avropa Şurasının müşahidə missiyasının tərkibinə konqresin Macarıstandan, Fransadan, Hollandiyadan, Böyük Britaniyadan, Serbiyadan və San-Marinodan olan üzvləri və qurumun katibliyinin 4 əməkdaşı daxildir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50