?Neçə ayın zəhmətinin bəhrəsi olaraq, yanvar ayında yeni diskim işıq üzü görəcək?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə sevilən mügənimiz Nüşabə Ələsgərli deyib. Nüşabə Ələsgərli konsert verməyə hazırlaşdığını da deyib: ?İnşallah fevral ayında konsertim olacaq. Düşünürəm ki, konsertimi ya Filarmoniyada, ya da Opera və Balet teatrında simfonik orkestrin, xor və ?Moskva? rəqs ansamblın müşaüiəti ilə keçirəcəyəm?. Nüşabə Ələsgərli bildirib ki, 2 klipi çəkilişlərini yenicə bitirmişəm: ?Çəkilən 2 kliplərin rejissoru Vəfa xanımdır. Klipin biri çox sevilən mahnı olan ?Biri sənsən biri mən?, digəri isə ?Qızıl güllər? adlanır?.