?Hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan konfidensial danışıqlar ilə bağlı hər iki ölkənin prezidenti ictimaiyyətə mütamadi məlumatlar verir?. Bunu bu gün Bakıda keçirilən Avropa Şurasının 60 illiyi ilə bağlı konfransda iştirak edən Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib. Onun sözlərinə görə, hansısa konkret varianta münasibət bildirmək zaman gəlsə, parlament toplaşacaq. Bu zaman millət vəkilləri həm prezidentin nümayəndəsi, həm də xarici işlər nazirini dinləyəcəklər.