Flora Kərimovanın yeni duet ortağı gənc müğənnidir
Xalq artisti Flora Kərimova özünə yeni duet ortağı müəyyənləşdirib. Bu, gənc və istedadlı müğənni Rövşən Civişovdur. Xatırladaq ki, qəzetimiz onun sənət yolunda üzləşdiyi çətinliklər haqda dəfələrlə yazmışdı. Deyəsən, bu dəfə tale gənc müğənninin üzünə gülüb. Bu haqda R.Civişov özü məlumat verdi: "Sözləri Gülağa Tənhaya, musiqisi Arif Səlimova məxsus "Məndə bu sevgiyə daha dözüm yox!" adlı mahnını Flora xanıma təqdim edəndə, dinləyən kimi bəyəndi. Onunla müxtəlif məclislərdə qarşılaşmışdıq. Təvazökarlıqdan uzaq olmasın, ifamı bəyəndiyini də bildirmişdi. Elə buna görə də duet barədə düşündüm və nəticə çox uğurlu alındı. Artıq mahnımız radiolarda səslənir və qısa müddətdə dinləyicilərin rəğbətini qazanıb".
Flora xanımla duet oxumaq uşaqlıq arzusu olduğunu deyən sənətçi hər zaman onun həm sənətinə, həm də şəxsiyyətinə pərəstiş etdiyini bildirdi: "Daima mənim kimi gənclərə dəstək verir. Buna görə ona sonsuz dərəcədə minnətdaram. Flora xanım özü isə bu duetin indiyədək oxuduğu duetlərdən daha uğurlu alındığını deyir".
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47