?Avropa İttifaqı Azərbaycandakı bələdiyyə seçkilərinin nəticələri ilə bağlı qiyməti AMİP-in hazırladığı rəyg əsasən verəcək?. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə AMİP-in mətbuat və informasiya katibi Əli Orucov verib. AMİP yetkilisi onu da bildirib ki, seçki ilə bağlı rəyin hazırlanmasında digər müxalifət partiyaları ilə də fikir mübadiləsi aparmaq fikrindədirlər: ?İlkin olaraq, bununla bağlı Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaqa daxil olan partiyalarla danışıqlar aparılıb və razılaşma var. Razılaşmaya görə, biz seçkilərin nəticələrinin qiymətləndirilməsində vahid mövqedən çıxış edəcəyik və həmçinin, namizədlərimizi də qarşılıqlı olacaq dəstəkləyəcəyik. Düşünürəm ki, hazırda belə bir əməkdaşlığa zərurət var?.