Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) bir sıra ATS-ləri NGN texnologiyasına keçirir. Belə ki, 474, 475, 476, 470 indeksli ATS-lər NGN texnologiyası əsasında yenidən qurulur. Bu səbəbdən BTRİB bu gündən etibarən telefon xətlərinin yeni stansiyanın üzərinə keçirilməsi ilə əlaqədar qeyd edilən ATS-lərdə ayrı-ayrı telefonların işlənməsində qısamüddətli fasilələr ola biləcəyini bildirir.