ABŞ-ın Azərbaycandakı səfirliyi qarzısında etiraz aksiyası keçiriləcək
Müasir Müsavat Partiyası (MMP) ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında piket keçirəcək. Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, piketin keçirilməsində məqsəd ABŞ Konqresinin Dağlıq Qarabağ separatçılarına 8 milyon dollar məbləğində yardım etməsinə və bu ölkənin Azərbaycana qarşı ikili siyasət yürütməsinə etiraz etməkdir.
Dekabrın 22-də keçirilməsi nəzərdə tutulan piketə MMP-nin 50 nəfər fəalı qatılacaq. Partiya piketin keçirilməsilə bağlı bu gün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayacaq.
Qeyd edək ki, ABŞ ABŞ Nümayəndələr Palatası və Senat 2010-cu ildə Ermənistan və Dağlıq Qarabağa iqtisadi yardım paketini qəbul edib. Qərarda ABŞ-ın Dağlıq Qarabağa 8 milyon dollar yardım ayrılması nəzərdə tutulub. Azərbaycan Milli Məclisi, ölkənin siyasi partiyaları və s. buna etirazını bildirib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51