İngiltərədə bir qrup qadın yaralı əsgərlərə yardım ediblər. Qadınlar ? Əsgərlərə yardım" dərnəyinin 2010-cu il üçün nəzərdə tutulan təqviminin çəkilişlərində iştirak ediblər. 12 qadın müxtəlif məkanlarda çılpaq şəkillər çəkdiriblər. Onların arasında həyat yoldaşları hərbi xidmət zamanı həlak olan qadınlar da olub. Qadınlar bu addımı insanlara yardım etmək məqsədi ilə atdıqlarını bildiriblər. Məlumat üçün bildirək ki, bir müddət öncə həyat yoldaşları İraqda döyüşən amerikali qadınlar da onlara dəstək üçün soyunmuşdular.