baycan prezidenti İlham Əliyev Bakı Xoreoqrafiya məktəbinin əməkdaşlarına fəxri ad verilməsinə dair sərəncam imzalayıb. Prezidentin sərəncamına əsasən, Azərbaycanda xoreoqrafiya sənətinin inkişafındakı xidmətlərinə görə Aqalliyay Pellumb Mustafa oğlu və İsakadze Alla Fyodorovna ?Əməkdar Müəllim? fəxri adı ilə təltif olunub. Zülfüqarova Xumar Rza qızı ?Şöhrət? ordeni, Əliyeva Nəzifə Arif qızı və Nəcəfzadə Züleyxa Oqtay qızı isə ?Tərəqqi? medalı ilə təltif edilib. Həmçinin prezident İlham Əliyev ?Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında? fərmana uyğun olaraq yeni sərəncama imza atıb. Ölkə başçısının sərəncamına əsasən, musiqi sahəsində xüsusi istedadı olan Eyvazova Ayan Fuad qızı (Bakı Xoreoqrafiya Məktəbinin I kurs tələbəsi), Quliyeva Çinarə Əhməd qızı (Bakı Xoreoqrafiya Məktəbinin IX sinif şagirdi) və Nəcəfova Pərvin Fərhad qızının (Bakı Xoreoqrafiya Məktəbinin III kurs tələbəsi) adı Azərbaycanın gənc istedadlarının ?Qızıl kitabı?na yazılıb. Həmin gənclər prezidentin xüsusi aylıq təqaüdünə layiq görülüb.