Xarici işlər naziri Elmar Məmmədyarov bu gün İrana işgüzar səfərə gedəcək. Xarici işlər nazirliyindən verilən Müstəqil İnformasiya Agentliyinə məlumata görə, səfər zamanı ikitəfərli münasibətlər, həmçinin regional məsələlər müzakirə olunacaq. Eyni zamanda iki ölkə arasında münasibətlərin inkişafı məsələsinin müzakirəsi gözlənilir. Səfər zamanı viza rejiminin ləğvi ilə bağlı məsələ müzakirə mövzusu olmayacaq.