ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanatla çıxız ediblər
ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasye (Fransa) və Yuri Merzlyakov (Rusiya) dekabrın 11-də Azərbaycana səfərlərinin yekunlarına dair birgə bəyanatla çıxış ediblər.
Bəyanatda bildirilir ki, həmsədrlər və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik Prezident İlham Əliyevlə görüşmüş və noyabrın 22-də Münxendə keçirilmiş görüşdəki diskussiyanı davam etdirmişlər.
Həmsədrlər qeyd etmişlər ki, gələn ilin yanvarında Ermənistana səfər edəcəklər. Bu səfərlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair baza prinsiplərinin razılaşdırılması üçün Azərbaycan və Ermənistan prezidentlərinin 2010-cu ildə növbəti görüşlərinə yol açacaqdır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50