Son günlər qonşu respublikalarda, xüsusən İran və Türkiyədə buğda bitkisində yayılmış pas xəstəlikləri haqqında yayılan məlumatlar Azərbaycanda da narahatlıq yaradıb. Xəstəliyin geniş miqyasda yayılması dünyada ərzaq təhlükəsizliyini sual altında qoya bilər. Aqro İnformasiya Mərkəzi (AİM) olaraq bütün bunları nəzərə alıb fermerlərin profilaktik mübarizə tədbirlərini gücləndirmələri üçün öncədən məlumatlandırılmasını lazım bilirik. Bu məqsədlə təşkilat tərəfindən yerlərdə silsilə görüşlərin keçirilməsinə başlanmışdır. İlk belə tədbir AİM tərəfindən 11 dekabr 2009-cu il tarixdə Bərdə rayonunun Qəhrəmanlı kəndində ?Buğda bitkisində pas xəstəlikləri? mövzusunda sahə günü keçirildi. Ğüstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbirdə AİM-in təlimatçı heyəti və fermerlərlə yanaşı Qəhrəmanlı kənd bələdiyyə və icra strukturlarının nümayəndələri, Tərtər Aqrar-Elm Mərkəzinin direktoru Mehman Babayev və aparıcı mütəxəssislər də qatılmışdır. Tədbirdə bu problemin gələcəkdə baş verməməsi üçün əməli tədbirlərin görülməsi, baş verdiyi halda problemdən necə qurtulmaq yolları diqqətə çatdırıldı. Bildirildi ki, aqrotexniki mübarizədə toxumların dərmanlanması, aralıq sahib bitkilərinin məhv edilməsi, davamlı sortlardan istifadə, növbəli əkinə əməl edilməsi vacibdir. Xəstəliyin ilk əlamətləri müşahidə edildikdə funqisidlərdən istifadə edilir. Tədbirdə fermerləri maraqlandıran suallar cavablandırıldı və AİM tərəfindən ?Buğda bitkisində pas xəstəlikləri? mövzusunda hazırlanmış lifletlər iştirakçılara paylandı.