Dünya Azərbaycanlıları Konqresinin (DAK) rəhbərliyi soydaşlarımızın çoxsaylı müraciətlərini və təkliflərini nəzərə alaraq, təşkilatın loqotipində dəyişiklik edib. DAK Mətbuat Xidmətindən Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, 1997-ci ildə DAK-ın ABŞ-ın Los-Anceles şəhərində keçirilmiş I Qurultayında qəbul olunmuş loqotipdə əslində hər şey olduğu kimi saxlanılıb, sadəcə olaraq, arxa fondakı rənglər dəyişdirilib. Yəni arxa fona Azərbaycanın üçrəngli bayrağı daxil edilib.