"Bəxtiyar Vahabzadə adına" təqaüd təsis edildi
Baş nazir Artur Rasizadə "Bəxtiyar Vahabzadə adına" təqaüdün təsis edilməsi haqqında qərar imzalayıb. Nazirlər Kabinetinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, qərara əsasən, Azərbaycan dövlət ali təhsil müəssisələrində filologiya ixtisası üzrə təhsil alan tələbələr üçün "Bəxtiyar Vahabzadə adına" dörd təqaüd təsis edilib.
Tədris ilinin hər bir semestri üçün tələbələrə "Bəxtiyar Vahabzadə adına" təqaüdün verilməsi haqqında qərar onların təhsildəki göstəricilərinə uyğun olaraq ali təhsil müəssisəsinin təqdimatı əsasında Təhsil Nazirliyi tərəfindən qəbul ediləcək. Sərəncama əsasən, "Bəxtiyar Vahabzadə adına" təqaüdün verilməsi Azərbaycan Respublikasının dövlət büdcəsində müvafiq ali təhsil müəssisəsi üzrə nəzərdə tutulmuş təhsil xərcləri hesabına həyata keçirilməsi nəzərdə tutulub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47