Yeni il ərəfəsində ?Nar Mobile? abunəçilərinə yeni kampaniya təklif edir. Dekabrın 8-dən ?Nar Mobile şəbəkəsinə qoşulan hər yeni abunəçi avtomatik olaraq ?Yeni İlə yeni ?Nar? nömrəsi ilə? kampaniyasının iştirakçısı olur. Kampaniya çərçivəsində hər bir istifadəçi nömrəsini aktivləşdirdiyi andan 7 gün ərzində hər dəfə balans artırılması zamanı şəbəkədaxili zənglər üçün 50 faizədək güzəşt əldə edir. Abunəçilər balansı 5 manatdan 9 manat 99 qəpiyədək artıranda şəbəkədaxili zənglər üçün 25 faiz, 10 manat və daha çox məbləğdə artıranda isə 50 faiz güzəşt əldə edəcəklər. Güzəştlərin aktiv olub-olmamağını yoxlamaq üçün *737#YES şifrəsini yığmaq kifayətdir. Güzəştin istifadə müddəti 30 gündür. Kampaniya 2010-cu il yanvarın sonunadək etibarlıdır.