Mərkəzi Seçki Komissiyasında 737 müzahidəçi qeydiyyata alınıb
Dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasında (MSK) 737 müşahidəçi qeydiyyata alınıb. MSK-nın mətbuat xidmətindən Müstəqil Informasiya Agentliyinə verilən məlumata görə, müşahidəçilərin 89-u siyasi partiyalardan, 569 nəfər seçkiləri müstəqil müşahidə etmək istəyənlərdir, 63 nəfər isə QHT-ləri təmsil edir.
Dairə Seçki Komissiyalarında (DSK) isə 29 min 851 müşahidəçi qeydə alınıb. MSK-da qeydə alınan müşahidəçilər istənilən seçki dairəsində, DSK-larda qeydiyyatdan keçənlər isə yalnız qeydə alındıqları seçki dairəsinin ərazisində müşahidə aparmaq hüququna malikdirlər.
Qeyd edək ki, Seçki Məcəlləsinin tələbinə görə müşahidəçilərin qeydiyyatı səsverməyə 10 gün, DSK-larda isə 5 gün qalana kimi davam edəcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51