Böyük Quruluş Partiyası (BQP) Avropa Şurasının Bakı Ofisinin fəaliyyətinə etiraz olaraq bəyanat qəbul edib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə BQP-dən məlumat daxil olub. Bəyanatda partiyanın sözügedən qurumla əməkdaşlığı dayandırdiğı deyilir: ?BQP Avropa Şurasının Bakı Ofisinin son dövrlərdəki fəaliyyətin təhlil edərək belə bir qənaətə gəlib ki, bu qurum Azərbaycanda demokratiyanın inkişafı, siyasi partiyaların normal fəaliyyət göstərməsi istiqamətində əsasən zərərli və səmərəsiz fəaliyyətlə məşğuldur. BQP olaraq Avropa Şurası vəsaitlərinin nə qədər mənasız xərclənməsinə, siyasi partiyalarala münasibətlərin öz şəxsi maraqları əsasında qurmasına və seçki prosesindəki subyektlərə qeyri-obyektiv münasibət göstərdiklərinə görə bu qurumun son zanlardakı fəaliyyətini qınayır və onunla əməkdaşlıqdan imtina edirik. Partiya Avropa Şurasının Bakı Ofisinin fırıldaqçı rəhbərliyi ölkənin və partiyanın maraqlarına fayda gətirməyəcək fəaliyyətə son qoymayana, öz fəaliyyətlərində yetərincə korrektələr etməyənə qədər bu qurumla seçki və digər proseslərdə hər hansı formada əməkdaşlıq etməyəcəyini bəyan edir?.