Azərbaycanın CDMA operatoru ?Catel? şirkəti WEB SMS xidmətini tətbiq edib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən veriləniməlumata görə, artıq bütün ?Catel/Fonex? abonentləri şirkətin korporativ saytından SMS göndərə bilərlər. Bunun üçün saytın ?SMS göndər? bölməsinə keçmək lazımdır. Hər bir abonent gün ərzində 10 ödənişsiz SMS göndərə bilər. Yeni xidmətdən həm stasionar CDMA rabitəsi, həm də CDMA mobil rabitəsi abonentləri istifadə edə bilərlər.