Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının müşahidəçilər üçün hazırladığı ?Seçki günü üçün yaddaş? kitabçası işıq üzü görüb. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, yaddaş kitabçasında müşahidə aparılmasının prinsipləri əks olunub, eyni zamanda, müşahidəçilərin hüquq və vəzifələri izah edilib. Kitabçada müşahidəçilərin riayət etməli olduğu, həmçinin onlara qanunla qadağan edilən məsələlər barədə ətraflı məlumatlar verilib. Yaddaş kitabçası Seçki Məcəlləsinin və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb. Xatırladaq ki, ?Müşahidəçilər üçün yaddaş? kitabçası Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramının tərkib hissəsidir.