Zəlimxan Məmmədli Gürcüstan Prezidenti Mixail Saakazviliyə məktubu göndərib
NATO-nun baş katibi Andres Foq Rassmusen Gürcüstanın alyansa qəbul edilməsi qərarını təstiq etmişdir. Bu ən yaxın zamanda Gürcüstanın alyansa tam hüquqlu üzvlüyünə işarə olmaqla, regionun təhlükəsizliyinin bir dəfəlik təminatı deməkdir.
?Borçalı? Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bu məsələ ilə əlaqədar Gürcüstan Prezidenti Mixail Saakaşviliyə məktubu göndərib.
Məktubda deyilir: ?Hörmətli cənab prezident, Gürcüstan və Qafqaz regionunun gələcəyi üçün tarixi hadisə baş vermiş, Gürcüstan NATO-ya üzvlüyü ilə bağlı mühüm addımlardan biri atılmışdır. Bu, gürcü xalqının, onun layiqli təmsilçisi Sizin ardıcıl, fədəkar mübarizənizin nəticəsidir. ?Borçalı? Cəmiyyəti üzvləri və minlərlə tərəfdaşları adından Sizi, timsalınızda gürcü xalqını, Gürcüstanın ayrılmaz hissəsi olan, borçalı türklərini səmimi qəlbdən təbrik edirəm. Ümid edirik ki, ən yaxın zamanda alyansa tam üzvlük məsələsi öz müsbət həllini tapacaqdır.
Demokratiyanın inkişafı, Gürcüstanın qüdrətlənməsi üçün səmimi şəkildə ?Borçalı? Cəmiyyətinə arxalana bilərsiniz. Tanrı demokratik, güclü Gürcüstanı, Azərbaycan Gürcüstan dostluğunu qorusun.?
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50