AMİP Lideri Etibar Məmmədov Avropa Xalq Partiyasının 8-10 dekabrda Bonn şəhərində keçiriləcək özünün növbəti qurultayında iştirak etmək üçün Almaniya Federativ Respublikasında rəsmi səfərdədir. AMİP mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, bu gün qurultay öz işinə başlayıb və Etibar Məmmədov qurultay çərçivəsində bir sıra rəsmi görüşlər keçirib. Həmin görüşlərdə əsasən Dağlıq Qarabağ problemi müzakirə edilib. Xatırladaq ki, Avropa Xalq Partiyası Avropa Parlamentində ən böyük fraksiyadır. AMİP Beynəlxalq Demokrat İttifaqın üzvü kimi bu qurumla sıx əməkdaşlıq edir. AMİP-in Avropa Xalq Partiyasına üzvlüyü artıq gündəmdədir və lazimi sənədlər qısa müddət ərzində quruma təqdim olunacaq.