Oktyabr ayında Azərbaycanda zərərlə işləyən bankların sayı artıb. Hazırda ölkədə 10 belə bank var. ?İqtisadi forum? jurnalı Mərkəzi Banka istinadla xəbər verir ki, sentyabrda zərərlə işləyən bankların sayı 8 idi. Oktyabrda bankların zərəri sentyabrla müqayisədə 1,9 milyon artaraq 11,5 milyon manat təşkil edib. Sentyabrda zərərin həcmi 9,6 milyon manat idi. Hazırda Azərbaycanda 46 bank fəaliyyət göstərir. Onlardan 1-i dövlət, 45-i özəldir. Özəl bankların 23-ü xarici kapitallıdır.