Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 7 dekabr 2009-cu il tarixli sərəncamı ilə Bakı buxtasının ekologiyasının sağlamlaşdırılması, sənaye müəssisələrinin paytaxt mərkəzindən kənara köçürülməsi üçün, habelə Azərbaycan Respublikasının ərazisindən yük daşımalarının artırılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə Bakı buxtasında liman məntəqəsinin tikintisi üçün 5,0 (beş) milyon manat məbləğində vəsait ayrılıb.