Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumaya görə, iclasda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı müzakirələr aparılıb, namizədlərin qeydiyyat mərhələsinin başa çatmasından sonrakı durum dəyərləndirilib. Partiyanın öz namizədlərinin təbliğat və təşviqatı üçün görəcəyi işlər də müzakirə edilib və dekabrın 9-da müsavatçı namizədlərlə keçiriləcək yığıncağa hazırlığın gedişi barədə fikir mübadiləsi aparılıb. İclasda həmçinin 31 Dekabr ? Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı təntənəli toplantının keçirilməsi haqqında qərar qəbul edilib.