Bu gün Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. DUİ mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilib. Müzakirələrə uyğun olaraq, qərarlar qəbul edilib. Qərara görə, DUİ dekağrın 16-da saat 12,00-da KXCP-nin qərargahında növbəti Qarabağ Forumunu keçirəcək. Bundan əlavə, Sədrlər Şurasının müzakirəsinə verilmiş DUİ Məclisinin əsasnaməsinə əsasən razılaşdırılıb, müzakirəyə çıxarılmış DUİ-nin 2010 üçün Fəaliyyət İstiqamətləri qəbul edilib, ittifaqa üzv olan partiyaların 2010-cu il parlament seçkilərində iştirak edəcək namizədlərinin ilkin siyahısı müzakirə edilib.