Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın dövlət başçısı Dmitri Medvedevə başsağlığı məktubu göndərib. "Permdə yanğın nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi. Azərbaycan xalqı və şəxsən öz adımdan sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə sağalmasını arzu edirəm", - deyə prezidentin məktubunda bildirilir.